Lütfəli Abdullayev

aktyor

Personal Info

  • Doğum tarixi: 22.03.1914
  • Vəfat tarixi: 09.12.1973

Biography

Lütfəli Əmir oğlu Abdullayev Nuxada (indiki Şəki) anadan olub. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və vodevillərdə oynayıb. Bakıya köçdükdən sonra Azərbaycan Dövlət Konservatoriyasının məşğələlərində iştirak etməyə başlayıb. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olub. Yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Milli Dram Teatrına keçib. İki ildən sonra Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə başlayıb. 1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yenidən fəaliyyətə başlayınca teatrın aparıcı sənətkarı kimi uğurlu tamaşalarında çıxış edib. “Arşın mal alan” filmindəki Vəli obrazına görə yaradıcı kollektivlə birlikdə SSRİ Dövlət mükafatına layiq görülüb (1946). Əməkdar artist (1943), Xalq artisti (1960) Lütfəli Abdullayev 1973-cü ildə vəfat edib, İkinci Fəxri xiyabanda dəfn olunub.

Lütfəli Abdullayevin fərdi saytı: www.lutfeli.az

Aktyor Lütfəli Abdullayev rejissor Gülnarə Abdullayevanın atasıdır.

 

x