Leyla Şıxlinskaya

aktrisa

Personal Info

  • Doğum tarixi: 12.06.1947

Biography

Leyla Fərruz qızı Şıxlınskiya Moskvada anadan olub. Xoreoqrafiya məktəbində, GİTİS-in teatrşünaslıq fakültəsində təhsil alıb. M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində balerina kimi, “Dyagilev-balet” truppasının baletmeysteri (1990-1992) kimi çalışıb. Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi “Şeyla” eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir. 1999-cu ildə “Leyla Şıxlinskayanın Klinikası”nın təsisçisi və bir müddət rəhbəri olub.

Rusiya istehsalı olan “Qırmızı və qara” (1976, rejissor Sergey Gerasimov) çoxseriyalı filmində xanım de Fervak rolunu ifa edib.

Sənətşünaslıq elmləri namizədi (1987), sənətşünaslıq elmləri doktoru, Əməkdar artist (1993), Xalq artistidir.

 

x