Leyla Dostəlizadə

prodüser

Personal Info

  • Doğum tarixi: 21.07.1969

Biography

Leyla Dostəlizadə Bakıda anadan olub. Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb (1986-1993). 1994-2006-cı illərdə Bakıdakı 3 nömrəli Kliniki Uşaq Xəstəxanasının reanimasiya şöbəsində pediatr-reanimatoloq kimi çalışıb. 2006-cı ildən “Narimanfilm” kinostudiyasında ofis meneceri, daha sonra isə layn prodüser kimi fəaliyyət göstərib. 2006-cı ildən həm də Cənubi Qafqaz Müstəqil Kinoxadimləri Assosiasiyasının (IFA-SC) Bakı ofisindəki assistenti vəzifəsində çalışıb. 2012-ci ildə “Narimanfilm”in direktor müavini olub. Bir müddət frilanser kimi fəaliyyət göstərib (2012-2019). Bu müddətdə xarici film istehsalçılarının “Əli və Nino” (2015, Böyük Britaniya, rejissor Asif Kapadia) və “Kilimancara” (Rusiya, 2018, rejissor Yekateria Teleqina) filmlərində məkan meneceri olaraq çalışıb. 2019-cu ildən “Narimanfilm”də ictimaiyyətlə əlaqələr üzrə direktor müavini vəzifəsində çalışır. 2019-cu ildə təsis edilən “Salam Beynəlxalq Yeniyetmə Film Festivalı”nın bədii rəhbəridir.

 

x