Leyla Əliyeva

prodüser

Personal Info

  • Doğum tarixi: 03.07.1985

Biography

Leyla İlham qızı Əliyeva Moskvada anadan olub. Avropa Biznes Məktəbində (2000), Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) magistratura pilləsində (2006-2008) təhsil alıb. 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 2007-ci ildən Moskvada nəşr olunan “Baku” jurnalınını təsisçisi və baş redaktorudur. 2008-ci ildən “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarıdır. 2008-ci ildən İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş Koordinatoru vəzifəsində çalışır. 2009-cu ildə Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib. IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəridir (2011). 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. “Tərəqqi” medalı ilə təltif olunub (2011). BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb (2015). Britaniya istehsalçılarının çəkdikləri “Əli və Nino” (2015, rejissor Asif Kapadia) filminin icraçı prodüseri olub.

 

x