Lətif Səfərov

rejissor, aktyor

Personal Info

  • Doğum tarixi: 30.09.1920
  • Vəfat tarixi: 09.12.1963

Biography

Lətif Bəşir oğlu Səfərov Şuşada anadan olub. 7 yaşında ikən “Gilan qızı” filmində çəkilib. Sonra yaradıcı heyətlə Bakıya gələrək studiyada ştata qəbul olunub. On yaşında “Lətif” (1930) filmində baş rolu oynayıb. Daha sonra digər filmlərdə uşaq rollarını ifa edib. Gəncə Pedaqoji Texnikumunda təhsil alıb (1931). Bakıya qayıdaraq kinostudiyanın dublyaj şöbəsində aktyor olaraq çalışıb, “Çapayev”, “Lenin oktyabrda”, “Biz Kronştadtdanıq” kimi fimlərin dublyajında iştirak edib. Daha sonra filmlərdə rejissor olaraq çaışıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna qəbul olunub (Qriqori Kozintsevin kursu). Müharibənin başlaması ona təhsilini davam etdirmək imkanı verməyib, Bərdəyə qayıdaraq bir müddət burada müəllimliklə məşğul olub (1941-1946). 1946-cı ildə Moskvaya qayıdıb, təhsilini davam etdirib. 1950-ci ildə təhsilini başa vuraraq Bakıya qayıdıb, kinostudiyada fəaliyyətə başlayıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının ilk rəhbəri olub (1958-1963). Əməkdar incəsənət xadimi (1960) Lətif Səfərov 1963-cü ildə intihar edib.

Rejissor, aktyor Lətif Səfərov müğənni Şövkət Ələkbərovanın həyat yoldaşı olub.

 

x