Lətifə Əliyeva

aktrisa

Personal Info

  • Doğum tarixi: 01.07.1944

Biography

Lətifə Cahandar qızı Əliyeva (Lətifə Cahandarqızı) Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1964-1970). 1967-ci ildən Gənc Tamaşaçılar Teatrında işləyir. Ana rollarının mahir ifaçılarından biridir. İran istehsalı olan “Divlər zindanı” (1992) və “Arzular” (2005) filmlərində çəkilib. Əməkdar artist (2000), Xalq artistidir (2018).

 

x