Kübra Dadaşova

aktrisa

Personal Info

  • Doğum tarixi: 31.08.1957
  • Vəfat tarixi: 12.02.2017

Biography

Kübra Məmmədağa qızı Dadaşova Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb (1985). Yaradıcılıq fəaliyyətinə tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. Aktyor evinin nəzdində Eksperimental Teatrında, Tədris Teatrında işləyib. Ömrünün son günlərinə qədər Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

Xarici film istehsalçılarının “Yaz ərəfəsi” (2001, rejissor Filip Bayon / Polşa, Fransa) və “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) filmlərində çəkilib.

Əməkdar artist (2006) Kübra Dadaşova 2017-ci ildə vəfat edib.

Aktrisa Kübra Dadaşova aktyor Məmmədağa Dadaşovun qızıdır.

Aktrisa Kübra Dadaşova rejissor-rəssam Rauf Dadaşovun bacısıdır.

 

 

x