Könül Şahbazova

aktrisa

Personal Info

  • Doğum tarixi: 07.03.1987

Biography

Könül Əmir qızı Şahbazova (Könül Qasımova) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissoru fakültəsində təhsil alıb (2006-2010). 1993-cü ildə “Cücələrim” rəqs ansamblına daxil olub. 2001-ci ildən İbrahim Əbilov adına Mədəniyyət evinin Səməd Vurğun adına olan “Vurğun” poeziya dərnəyinin üzvü, mədəniyyət evinin Lütfi Məmmədbəyov adına Xalq teatrının aktrisası olub. Bir müddət “Abşeron Step” rəqs qrupunda çalışıb. 2005-ci ildə İrəvan Dövlət Dram Teatrında fəaliyyət göstərib. 2007-ci ildən Bakı Uşaq Teatrının aktrisasıdır. Həm də rejissor kimi tamaşalara quruluş verir.

Aktrisa Könül Şahbazova aktyor Niyaz Qasımovun həyat yoldaşıdır.

 

x