Könül Məmmədova

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 06.10.1988

Biography

Könül Əlibaba qızı Məmmədova (Könül Mayılova) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbi yaradıcılıq və ekran dramaturgiyası fakültəsində təhsil alıb (2006-2010). Tələbəlik illərində jurnalist kimi müxtəlif mətbuat orqanlarında (“Mədəniyyət” qəzeti, “Olaylar” qəzeti, “Kaspi” qəzeti) çalışıb. ANS televiziyasında baş redaktor köməkçisi kimi fəaliyyət göstərib. Türkan mədəniyyət evində metodist və bədii rəhbər vəzifəsində işləyib (2008–2011). Pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub (2019). 2011-ci ildən Xəzər TV-də ssenarist kimi fəaliyyət göstərir.

x