Kazım Kazımzadə

rəssam

Personal Info

  • Doğum tarixi: 10.08.1913
  • Vəfat tarixi: 04.10.1992

Biography

Kazım Məmmədəli oğlu Kazımzadə Bakıda anadan olub. Azərbaycan Rəssamlıq Texnikumunda (1936), Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1960) təhsil alıb. Əmək fəaliyyətinə müəllim kimi başlayıb. Pedaqoji Texnikumu bitirdikdən sonra bir müddət Şabran rayonunda müəllimlik edib, kənd məktəbinin direktoru işləyib. Əsasən kitab illustrasiyası və dəzgah qrafikası ilə məşğul olub. Tamaşa və filmlərə geyim eskizləri verib. 1942-ci ildən Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin əsas üzvü olub. Bakı şəhərində Səməd Vurğun və Uzeyir Hacıbəyovun ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını məhz o verib. Əməkdar incəsənət xadimi (1943), Xalq rəssamı (1965), SSRİ Dövlət mükafatı (1950) laureatı Kazım Kazımzadə 1992-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

 

x