Kazım Abdullayev

aktyor

Personal Info

  • Doğum tarixi: 06.04.1953

Biography

Kazım Ənvər oğlu Abdullayev (Kazım Ənvəroğlu) Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1974). H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında (1976-1996), Bakı Bələdiyyə Teatrında (1996-2004) çalışıb. 2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının aktyorudur.

Xarici film istehsalçılarının “Absurdistan” (2008, rejissor Veit Helmer / Almaniya) filmində çoban rolunda, “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serialında Hacı rolunda, “Biz sizə müharibə elan edirik” (2010, rejissor İqor Xolodkov / Rusiya) serialında Nasar rolunda çəkilib. Əməkdar artist (2002), Xalq artistidir (2019).

         

    

 

x