Kamran Qasımov

rejissor

Personal Info

  • Doğum tarixi: 16.11.1983

Biography

Kamran Mürsəl oğlu Qasımov Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu ixtisasında (2000-2004), ssenari yaradıcılığı ixtisasında magistr pilləsi üzrə (2005-2007) təhsil alıb. Azərbaycan Dövlət Gənclər Teatrında rejissor assistenti və rejissor (2003-2005), “Mozalan” kinojurnalinda ssenarist və rejissor (2005), Azərbaycan Kinematoqrafçılar İttifaqında (2005-2008), ANSPress-də redaktor, ANS Müstəqil Yayım və Media Şirkətinin Bədii və publisistik verilişlər departamentinin baş redaktoru (2008-2009), Space TV-də, Bakıfilm Kino Şirkətində baş direktorun yaradıcılıq işləri üzrə müavini (2009-2013), baş redaktor (2014), Space TV-də Strateeji araşdırma, proqramlaşma və anons şöbəsinin müdiri (2013-2014), ANS TV-də baş direktorun köməkçisi (2015-2016), APA TV-də redaktor (2017-2018) vəzifələrində çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Hazırda AzerNewMedia şirkətinin icraçı direktoru, Cinema Radio layihəsinin rəhbəri, Real TV-nin Proqram departamentinin rəhbəri və eyni zamanda Real TV-nin aparıcısıdır.

 

x