Kamran İsrafilov

aktyor

Personal Info

  • Doğum tarixi: 05.09.1979
  • Vəfat tarixi: 12.02.2018

Biography

Kamran Ağakərim oğlu İsrafilov Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatr kollektivinin rejissoru (bakalavr, 1996-2000) və teatrşünaslıq (magistratura, 2000-2002) ixtisasında təhsil alıb. Bir müddət Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. Daha sonra İctimai televiziyada çalışıb, uşaq verilişlərinə aparıcılıq edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Novruz Bahar Festivalı, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin və digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib. Uşaq Teatr-Studiyasının rejissoru olub. Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri vəzifəsində çalışıb (2016-2018). Burada “Kam-Kam” Uşaq Teatr Studiyasını təsis edib. Kamran İsrafilov 2018-ci ildə vəfat edib.

 

x