Kamran İbrahimxəlilov

rəssam

Personal Info

  • Doğum tarixi: 02.10.1977

Biography

Kamran İbrahimxəlilov Gəncədə anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Xalçaçı rəssam ixtisası üzrə təhsil alıb (2001-2005). C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və özəl film studiyalarında rəssam (2007-2012), “ARB Şəki” TV kanalında baş rəssam (2013-2017), Şəkidə açılmış “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində təlimçi, baş təlimçi (2018-2019) işləyib. 2019-cu ildən Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində keyfiyyətə nəzarət üzrə baş mütəxəssis vəzifəsində çalışır.

 

x