Kənan Məmmədov

təsvir rejissoru

Personal Info

  • Doğum tarixi: 09.10.1946

Biography

Kənan Əzizağa oğlu Məmmədov (Kənan Əziz) Bakıda anadan olub. Pioner sarayının foto dərnəyinə üzv olub. İçərişəhərdə qonşusu olan kinooperator Xan Babayev fotoya həvəsini görüb onda operator sənətinə də maraq aşılayıb. Bir müddət (1971-ci ilə qədər) Azərbaycan Politexnik İnstitutunda təhsil aldıqdan sonra sənədlərini Moskvaya göndərib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperator fakültəsində təhsil alıb (1971-1976, A.Qalperinin emalatxanası). Bir müddət Neft Sənayesi Nazirliyinin fotolaboratoriyasında işləyib. “Azərbaycanfilm” kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlayıb. ANS TV-də baş operator kimi çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib (1996-2002). 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilib. Əməkdar incəsənət xadimi (2000), Dövlət mükafatı laureatıdır (1986).

 

x