Kəmalə Mehdiyeva

aktrisa

Personal Info

  • Doğum tarixi: 27.02.1969

Biography

Kəmalə Mehdiyeva Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram teatrı və kino aktyoru ixtisasında (1986-1990), Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Səhnə danışığı ixtisasının assistenturasında (1991-1993) təhsil alıb. 1993-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında dərs deyib, dosentdir. “Aktyor yaradıcılığında ifadə vasitələri” mövzusunda dissertasiya müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur (2008). Dərs vəsaitinin, metodik vəsaitinin müəllifidir. 2015-ci ildən həm də Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənlər mərkəzinin dosentidir.

 

 

 

x