İsrafil Ağazadə

təsvir rejissoru

Personal Info

  • Doğum tarixi: 26.03.1955

Biography

İsrafil Mikayıl oğlu Ağazadə (İsrafil Ağayev) Bakıda anadan olub. Bakı Sovet Ticarət Texnikumunda (1971-1974), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində (1980-1985, A.Qalperinin emalatxanası) təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında operator assistenti (1977-1985), operator (1985-1996), Azərbaycan televiziyasında operator (1994-1996) kimi fəaliyyət göstərib. 1996-cı ildə “Bachuan Cinema Company”nin prezidenti olub. 2012-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.

 

x