İsmayıl Talıblı

aktyor

Personal Info

  • Doğum tarixi: 21.03.1898
  • Vəfat tarixi: 23.07.1967

Biography

İsmayıl Məmmədəli oğlu Talıblı Bakıda anadan olub. 1918-ci ildən səhnə fəaliyyətinə başlayıb. 1919-cu ildə onu yenicə yaranmış Hökumət Teatrosuna (hazırki Akademik Milli Dram Teatrı) qəbul ediblər. Dram Teatrında, Azad Tənqid Təbliğ Teatrında (Bakı Türk İşçi və Kəndli Teatrı, 1922-1932) çalışıb. 1932-ci ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülüb. O da Gəncəyə gedərək ömrünün sonuna qədər bu teatrda – Gəncə Dram Teatrında (1932-1967) çalışıb. Bir müddət bu teatrın direktoru olub (1942–1943). Xalq artisti (1940) İsmayıl Talıblı 1967-ci ildə Gəncədə vəfat edib və oradakı qədim Səvzəkar (Sərdabəli) qəbiristanlığında torpağa tapşırılıb.

x