İsmayıl Hacıbəyov

bəstəkar

Personal Info

  • Doğum tarixi: 02.09.1949
  • Vəfat tarixi: 25.03.2006

Biography

İsmayıl Soltan oğlu Hacıbəyov Bakıda anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq təhsili alıb (1972, Qara Qarayevin sinfi). Əsərləri arasında simfonik orkestr üçün uvertüra, simli kvartet, kamera orkestri üçün konsertino, skripka violonçel və orkestr üçün ikili konsert, fortepiano və orkestr üçün “Cəngi” rapsodiyası, fortepiano üçün “Vatto üslubunda eskizlər”, qarışıq xor və orkestr üçün “Memorial” kantatası, Andersenin nağılları əsasında süita, “Naxışlar” feeriyası, fleyta və simli orkestr üçün Konsertştük, Dante, Fridrix fon Xauzen, Puşkin, Yesenin, Səməd Vurğunun sözlərinə yazılmış vokal əsərləri var. Üç pərdəli “Firuzə” operasının müəllifidir. 1972-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) bəstəkarlıq və polifoniya üzrə dərs deyib. Əməkdar incəsənət xadimi (2000), “Humay” mukafatı laureatı (1994) İsmayıl Hacıbəyov 2006-cı ildə vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

Bəstəkar İsmayıl Hacıbəyov bəstəkar Soltan Hacıbəyovun oğludur.

 

x