İsmayıl Dağıstanlı

aktyor

Personal Info

  • Doğum tarixi: 06.01.1907
  • Vəfat tarixi: 01.04.1980

Biography

İsmayıl Yusif oğlu Dağıstanlı (İsmayıl Hacıyev) Qaх rayоnunun Zərnə kəndində anadan olub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Bakı Teatr Texnikumunda təhsil alıb (1926-1930). Müəllimi – rejissor Aleksandr Tuqanov onun barəsində deyərmiş ki, “Şekspir surətlərini ifa etmək üçün yaranıb”. 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-1937) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932-1933). 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində Lenin rollarının ifaçısı kimi məşhurlaşıb. Ənvər Məmmədxanlının “Şərqin səhəri” pyesinin tamaşasındakı Kirov roluna görə Stalin mükafatı (1948), İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” dramındakı Böyük bəy rolu üçün Dövlət mükafatı ilə təltif olunub (1972). Ömrünün sоn illərində Azərbaycan Dövlət İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub. Ona “Dağıstanlı” təxəllüsünü müəllimi Əbdürrəhim bəy Haqverdiyev təklif edib: “Dağlar yurdundansan”. SSRİ (1948) və Azərbaycan (1972) Dövlət mükafatları laureatı, Əməkdar artist (1940), Xalq artisti (1949), SSRİ Xalq artisti (1974) İsmayıl Dağıstanlı 1980-ci ildə vəfat edib.

 

 

 

 

 

 

 

x