İsmayıl Dadaşov

musiqi tətibatçısı

Personal Info

  • Doğum tarixi: 23.03.1957
  • Vəfat tarixi: 22.10.2020

Biography

İsmayıl Cabir oğlu Dadaşov Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb. Məktəb illərində ədəbiyyata, teatr və kino sənətinə həvəs göstərib, şeir yaradıcılığına başlayıb. 1978-ci ildə sözlərinə ilk dəfə musiqi bəstələnib. Azərbaycan Televiziyası və Radiosu, “Azərbaycanfilm” kinostudiyası, “Space” teleradio şirkətində çalışıb. Əhməd Orucoğlunun “Pul dəlisi”, “Qonşular”, “Qayınana əməliyyatı”, Marat Haqverdiyevin “Qısqanc ürəklər” və s. tamaşalar üçün mahnı mətni yazıb. “Azərbaycanfilm” kiinostudiyasında musiqi redaktoru olaraq çalışıb. Əməkdar mədəniyyət işçisi (2011) İsmayıl Dadaşov 2020-ci ildə vəfat edib.

 

x