İsmayıl Əfəndiyev

aktyor, rejissor

Personal Info

  • Doğum tarixi: 10.08.1910
  • Vəfat tarixi: 30.05.1967

Biography

İsmayıl Mahmud oğlu Əfəndiyev Şamaxıda anadan olub. Bakı Pedaqoji Texnikumunda təhsil alıb (1929). Bir müddət pedaqoq kimi çalışıb. 1932-ci ildə Bakı Türk İşçi Teatrında aktyorluğa başlayıb. Teatr Gəncəyə köçdükdən sonra da orada çalışıb, 1939-cü ilədək Gəncə Dram Teatrında çıxış edib. Azərbaycanın ilk peşəkar kino aktyorlarındandır. 1939-cu ildə kinostudiyada çalışmağa başlayıb. 1946-cı ildə Təbrizə gedib və bir neçə tamaşanı səhnəyə qoyub. 200-dən artıq filmin səsləndirilməsində iştirak edib. Əməkdar incəsənət xadimi (1943) İsmayıl Əfəndiyev 1967-ci ildə vəfat edib.

 

x