İslam Mehrəliyev

aktyor

Personal Info

  • Doğum tarixi: 19.06.1986

Biography

İslam Məhəmməd oğlu Mehrəliyev Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada aktyoru ixtisasında təhsil alıb (2005-2009, Ramiz Əzizbəylinin sinfi). Azərbaycan Dövlət Televiziya və Radiosunun nəzdində olan Əfsər Cavanşirovun “Bənövşə” uşaq xorunda çıxış edib (1997). “Hər bazar” (2009, Space TV), “Zarafatsız” (2010), “Youmırta” (2014, ATV), “Piknik” (2014, ATV), “Duz cavab” (2015), “Qaçaqaç” (2015), “Vine show” (2017) televiziya proqramlarının aparıcısı və aktyoru olub. Xəzər televiziyasının “Gülüş ulduzu” layihəsinin laureatı (2008), “Maşın” televiziya şousunun “Qarşıdurma” adlanan 14-cü sürətinin qalibi olub.

Türkiyə istehsalı olan “Yanlış anlama” (2017, rejissor Ulaş Cihan Şimşek) filmində çəkilib.

Filmoqrafiya:

 

x