İsa Hüseynov

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 12.06.1928
  • Vəfat tarixi: 01.04.2014

Biography

İsa Mustafa oğlu Hüseynov (İsa Muğanna) Ağstafanın Muğanlı kəndində anadan olub. N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda (1952) təhsil alıb. “Azərnəşr”də Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), “Literaturnıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), “Azərbaycanfilm” kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari Şurasının üzvü (1974-1979), Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində dərc olunan “Anadil oxuyan yerdə” oçerki ilə başlayıb. 2012-ci ildə AYB-nin təsis etdiyi “Nəsimi” mükafatının ilk laureatıdır. “Şərəf nişanı” (1978) və “İstiqlal” (1998) ordenləri ilə təltfi olunub. Əməkdar incəsənət xadimi (1976), Xalq yazıçısı (1988) İsa Hüseynov 2014-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

 

x