İqbal Məmmədəliyev

rejissor, prodüser

Personal Info

  • Doğum tarixi: 23.09.1978

Biography

İqbal Vamiq oğlu Məmmədəliyev Bakının Kürdəxanı kəndində anadan olub. 10 saylı musiqi məktəbində (1989–1994, tar sinfi), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasında (1996–2000) və teatrşünaslıq üzrə magistraturada (2000-2002) təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aspirantı kimi “kinoda montaj strukturu” mövzusunu tədqiq edib (2003-2006).

Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin “Gənclik və Zaman” baş redaksiyasında ştatdankənar müəllif (1996-1998), “Soy” şirkətində (1998-2000), Lider televiziyasında (2000-2004), İctimai TV-də (2005-2006), “Salnamə” sənədli filmlər studiyasında rejissor kimi çalışıb. 2009-cu ildən Yevlax şəhərində fəaliyyət göstərən EL TV (ARB Aran) televiziyasının baş direktorudur. Televiziyanın tərkibində “Aranfilm” Yaradıcılıq Mərkəzini təsis edib (2016-2020).

Televiziya layihələrinin, 200-dən çox verilişin, konsert, tamaşa və canlı yayımların rejissoru və 60-dan çox sənədli filmin müəllifidir.  Bir çox sənədli filmə prodüserlik edib.

Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin təsis etdiyi “ilin ən yaxşı rejissoru” mükafatı ilə təltif edilib (2004). Filmləri bir neçə beynəlxalq festivalda mükafata layiq görülüb.

Rejissor, prodüser İqbal Məmmədəliyev tarzən Vamiq Məmmədəliyevin oğludur.

Rejissor, prodüser İqbal Məmmədəliyev rejissor Salam Məmmədəliyevin və işıqçı Qurban Məmmədəliyevin qardaşıdır.

 

x