İntiqam Qasımzadə

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 12.08.1943

Biography

İntiqam Böyükağa oğlu Qasımzadə (İntiqam Qasımov) Şuşada anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1960-1965). Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı olub. “Azərbaycanfilm” kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü (1969-1974), “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, tənqid şöbəsinin müdiri (1976-1979), məsul katib, baş redaktorun müavini (1979-1997) vəzifələrində çalışıb. Hazırda həmin jurnalın baş redaktoru vəzifəsində işləyir (1997-ci ildən). Ədəbi yaradıcılığa erkən başlasa da, 1968-ci ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələri müntəzəm çap olunur. Bədii tərcümə ilə ardıcıl məşğul olur. Kamil Yaşenin pyeslərini, Vasil Bıkovun povestlərini, Şandor Radonun “Təxəllüs “Dora”” romanını rus dilindən çevirib. “Bayatı” ədəbi televiziya almanaxının müəllifidir (1980-ci ildən). “Humay” milli mükafatına layiq görülüb (2013). Əməkdar incəsənət xadimidir (2003).

 

x