İntiqam Hacılı

prodüser, ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 24.02.1978

Biography

İntiqam Hacılı Biləsuvarda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (1996-2000). Mədəniyyət Nazirliyinin “Kino+” qəzetində (2004-2007) çalışıb, qəzetin müxbiri və direktoru olub. Kino və televiziya sahəsində tənqidi məqalələr yazıb. Paralel olaraq digər mətbuat orqanlarında da məqalələri çap olunub. “Bizim yol” qəzetində (2008), “Mədəniyyət” qəzetində (2009-2010) işləyib. “Start” Tələbələrin Beynəlxalq Film Festivalını ilk təşkilatçılarında biri olub. “Maneken sevgilim” adlı şeirlər kitabı çap olunub (2008). 2010-cu ildən rejissorluq fəaliyyətinə başlayıb. 2012-ci ildə “Sinema Məktəbi”ni təsis edib (əvvəlcə “Kino Atelyesi”, “Sinema Atelyesi” adlanıb). Ölkədə ilk dəfə aktyorluq, ssenaristlik və rejissorluq kursları özəl kurs formasında burada təşkil olunub. “MemuarFilms” prodakşnın həmdirektorudur.

 

x