İlqar Safat

rejissor

Personal Info

  • Doğum tarixi: 23.01.1972

Biography

İlqar Safat (İlqar Məmmədov Kamil oğlu / İlqar Səfət) Bakıda anadan olub. Moskva Kimya Texnologiya İnstitutuna qəbul olunub, bir il oxumadan oranı tərk edib. Moskvada teatr studiyasına yazılıb. 1988-ci ildə Bakıya qayıdaraq kinostudiyada işə düzəlib. M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı ixtisasında (1995), Moskvada Ssenaristlər və rejissorlar ali kursunda təhsil alıb (2002, Vladimir Xotinenkonun emalatxanası). 1995-2000-ci illərdə müxtəlif qəzet və ədəbi jurnallarda yazıları dərc olunub. Yüzə yaxın mahnının müəllifidir. Öz mahnıları ilə Bakının və Moskvanın müxtəlif meydançalarında çıxış edib. Bir müddət Xabarovskda Uzaq Şərq Kinoxronika Studiyasında rejissor işləyib. Hazırda “Nərimanfilm” studiyası ilə əməkdaşlıq edir. Teatr rejissoru kimi də fəaliyyət göstərir, Səməd Vurgun adına Rus Dram Teatrın səhnəsində tamaşalara quruluş verir.

Rejissor İlqar Safat prodüser Nəriman Məmmədovun qardaşıdır.

 

x