İlqar Nəcəf

rejissor

Personal Info

  • Doğum tarixi: 02.03.1975

Biography

İlqar Nəcəf (Bayram Nəcəfov Hidayət oğlu) Qərbi Azərbaycanın Vedibasar mahalında anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə məcburən evini tərk edərək Sumqayıta köçüb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya rejissoru ixtisasında təhsil alıb (1993-1997). 2003-cü ildə İsveçrənin FOCAL təşkilatı tərəfindən keçirilən Beynəlxalq “Avanti” layihəsi çərçivəsində rejissor Kşiştof Zanussinin kinorejissor kurslarını bitirib. Berlin kinofestivalının Talent Campus bölməsində iştirak edib. Filmləri müxtəlif beynəlxalq festivallarda iştirak edib və mükafatlara layiq görülüb. Asiya və Sakit Okean hövzəsi ölkələrinin Kino Akademiyasının (APSA) üzvüdür. 2005-ci ildə “Butafilm” kinoşirkətini təsis edib və hazırda onun rəhbəridir.

 

x