İlqar Musayev

aktyor

Personal Info

  • Doğum tarixi: 02.07.1980

Biography

İlqar Aydın oğlu Musayev Gəncədə anadan olub. 5 nömrəli Musiqi Məktəbinin tar bölməsində (1987-1993), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində (2003-2007, Sevil Xəlilovanın kursu) təhsil alıb. Bir müddət İrəvan Teatrında (1997-1998) çalışıb. 2001-ci ildən Bakı Bələdiyyə Teatrının aktyorudur. İTV-də “Telesəhnə”, ANS TV-də “Dissident” verilişlərinin aparıcısı olub.

Xarici film istehsalçılarının “Yetimlər” (Türkiyə) serialında, “Yasmin” (2013, rejissorlar Kseniya Zaruskaya, Vyaçeslav Kaminski / Rusiya) serialında Mehmed rolunda, “Yatmışlar-2” (2018, rejissor Sergey Arlanov / Rusiya) serialında Fərid rolunda çəkilib.

 

x