İlkin Misgərli

aktyor

Personal Info

  • Doğum tarixi: 06.01.1983

Biography

İlkin Misgərli Salyan rayonunda anadan olub. Orta məktəbdə KVN yarışlarında aktyorluq məharəti ilə seçilib. Məktəb illərində Salyan Dövlət Kukla Teatrında işləyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram kino aktyorluğu fakültəsində təhsil alıb (2000-2004, Vaqif İbrahimoğlunun kursu). İkinci kursdan etibarən Yuğ Teatrında çalışıb. 2002-ci ildə Teatr Xadimləri İttifaqında keçirilən Monotamaşalar Festivalının “Debüt” bölümündə “Ən yaxşı kişi rolu”, “Ən yaxşı tamaşa” nominasiyasında qalib olub.

 

x