İlham Tumas

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 19.10.1972

Biography

İlham Tumas (İlham Ağayev Əli oğlu) Sumqayıtda anadan olub. Bakı Dövlət Universitetinin fizika (1990-1992) və sosial elmlər və psixologiya fakültəsində (1993-1996) təhsil alıb. Könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib, “Qurtuluş” taborunda Tərtər ətrafında gedən döyüşlərdə iştirak edib (1992-1993). Tağım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib (1996-2000), ehtiyatda olan baş leytenantdır. Fasilələrlə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Azərbaycan Milli Məclisinin Aparatında işləyib. Mətbuatda ilk yazısı 1992-ci ildə “Azərbaycan” qəzetində dərc olunub. Müxtəlif mətbu orqanlarda, o cümlədən, “Avrasiya”, “Kino+”, “Ayna”, “Panorama”, “Hürriyyət”, “Vətəndaş Həmrəyliyi”, “Xural”, “Ekspress” qəzetlərində çalışıb, “24 Saat” qəzetinin baş redaktoru olub (2008). “Casusluq, kəşfiyyat, müharibə tarixindən” adlı kitabı çap olunub (2020). ANS TV, AzTV, ATV və APA TV-də çalışıb. APA TV-də “İlham Tumasla 40 dəqiqə” verilişinin aparıcısı olub. 2019-cu ildən etibarən İctimai televiziyanın əməkdaşı, “İstintaq davam edir” televiziya layihəsinin müəllifi və aparıcısıdır.

 

x