İlham Rəhimli

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 08.09.1949

Biography

İlham Əziz oğlu Rəhimli Yevlaxın Malbinəsi kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb (1967-1972). Son kursda oxuyarkən “Kommunist” qəzeti redaksiyasına təcrübə keçməyə göndərilib. Təcrübə zamanı bir neçə məqaləsi çap olunub. Redaksiyanın yazılı məktub-tələbnaməsinə əsasən təyinatla “Kommunist” qəzetinə işə göndərilib. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri işləyib. “Azərbaycan” qəzetinin baş redaktoru (1991-1992), Azərbaycan Respublikası Prezident Aparatının humanitar siyasət şöbəsində böyük məsləhətçi (1992-1993), Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri (1993-2003) olub. 2007-ci ildən Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin “Maarifçilik” redaksiyasında baş redaktor vəzifəsində çalışıb. 2011-ci ildən Mədəniyyət kanalının direktor müavinidir. 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr tarixi kafedrasında dərs deyir. Yüzlərlə ədəbi məqalənin, kitabların müəllifidir. Televiziyada müхtəlif prоqramların aparıcısı оlub. “Qızıl Qələm” (1977), “Qızıl Dərviş” (1992), “Humay” mükafatları, “Sənətkar” medalı (2021) laureatı, Əməkdar incəsənət xadimi (1989), sənətşünaslıq doktoru (1996), dosent (1991), professordur.

x