İlham Qasımov

rejissor

Personal Info

  • Doğum tarixi: 20.08.1977

Biography

İlham Zakir oğlu Qasımov Ermənistanın Vedi rayonunda anadan olub. Azərbaycan Texniki Universitetində təhsil alıb. Tələbəlik illərində Azərbaycan Dövlət İqtisad Universitetinin “Biz biznesdənik” KVN komandasında çıxış edib və 1994-cü və 1995-ci illərdə Azərbaycan çempionu olub. Yaradıcılığına “Bakılı oğlanlar” ŞHK komandasında aktyor qismində davam edib. ABA TV-də rejissor və aparıcı, Space TV-də aparıcı, “Planet Parni iz Baku” KVN Teatrının konsertlərinin aparıcısı olub. Reklam və film istehsalı ilə məşğul olan “Kintamani Film”in təsisçisi və rəhbəridir.

 

x