İlham Namiq Kamal

aktyor

Personal Info

  • Doğum tarixi: 09.01.1949

Biography

İlham Namiq Kamal (İlham Əhmədov Namiq Kamal oğlu) Bakıda anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. Teatr aliminə ilk addımını Məmmədağa Dadaşovun dram dərnəyində atıb. 1962-ci ildə dram dərnəyinin hazırladığı “Anacan” (Yusif Əzimzadə) pyesindəki Rəcəb roluyla səhnəyə çıxıb. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsində təhsil alıb (1966-1970, Adil İsgəndərovun, Rza Təhmasibin kursu). Tələbə vaxtı Can Batist Molyerin “Corc Danden” komediyasında baş qəhrəmanın rolunu oynayıb. Tədris Teatrında (1968), Gənc Tamaşaçılar Teatrında (1971-1972), Akademik Dram Teatrında (1972-1989, 1998-2008), Dövlət Gənclər Teatrında (1989-1993), Musiqili Komediya Teatrında çalışıb. 1993-cü ildə “İlham” Miniatür Teatrını təsis edib. Direktor və bədii rəhbəri olduğu bu teatrda hazırlanan bütün tamaşaların rejissoru olub və əksəriyyətində baş rolları oynayıb. Hazırda Akademik Musiqili Teatrın aktyorudur. 1995-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, Musiqili teatr və kütləvi tədbirlər rejissoru kafedrasının müdiri, professordur (2009). Onlarla televiziya verilişində, Mozalan satirik kinojurnalında yüzə yaxın bədii süjetdə çəkilib. Əməkdar artist (1982), Xalq artisti (2002), “Şöhrət” ordeni (2013) “Sənətkar” ordeni (2014), “Qızıl Dərviş” mükafatı (2000) laureatıdır.

Aktyor İlham Namiq Kamal aktyor Cəfər Namiq Kamalın qardaşıdır.

 

 

 

 

x