İlhamə Quliyeva

musiqi ifaçısı

Personal Info

  • Doğum tarixi: 17.08.1943
  • Vəfat tarixi: 25.02.2016

Biography

İlhamə Məzahir qızı Quliyeva Lənkəranda anadan olub. Azərbaycan. Dövlət Universitetində təhsil alıb (1964). Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin (1965-1970), Azərbaycan Dövlət Filarmoniyasının (1970-1980), Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (“Azkonsert”) (1980) solisti olub. Əməkdar artist (1982), Azərbaycanın (1998) və Dağıstanın (2008) Xalq artisti, “Şöhrət” (2002) və “Şərəf” (2013) ordenləri laureatı İlhamə Quliyeva 2016-cı ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.

Müğənni İlhamə Quliyeva müğənni Tükəzban İsmayılovanın qızıdır.

 

x