İftixar Piriyev

aktyor

Personal Info

  • Doğum tarixi: 07.09.1960

Biography

İftixar Fərhad oğlu Piriyev Gürcüstan Respublikasının Qaraçöp mahalında (Saqareco rayonu, Düzəyrəm kəndi) anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1977-1981). Bir müddət Azərbaycan Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb (1981-1988). 1990-cı ildə özəl Azərbaycan Milli “Dastan” Teatrını təsis edib, direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərib. Tiflis Dövlət Azərbaycan Dram Teatrının bərpa rəhbəri olub (1998-2000). 2000-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktorudur. 1977-ci ildə “Yaşadığım bu ömür” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Yeddi pyes müəllifidir. Onlardan üçü İrəvan Dövlət Azərbaycan Dram Teatrında tamaşaya qoyulub. Müxtəlif ədəbi-bədii verilişlərdə çıxış edib, “Ozan” folklor toplusunun aparıcısı olub. Əməkdar mədəniyyət işçisidir (2007).

 

x