Hüseynağa Sadıqov

aktyor

Personal Info

  • Doğum tarixi: 21.03.1914
  • Vəfat tarixi: 23.02.1983

Biography

Hüseynağa Ələsgər oğlu Sadıqov Bakıda anadan olub. Azərbaycan Teatr Texnikumunda təhsil alıb. 1930-cu ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasına müsabiqə yolu ilə sınaq müddətinə qəbul olunub və qısa müddətdən sonra aktyor kimi fəaliyyətə başlayıb. Müharibə illərində Berlinə qədər döyüş yolu keçib, iki dəfə ağır yaralanıb. “Komsomol poeması” tamaşasında oynadığı Mirpaşa roluna görə Respublika Lenin komsomolu mükafatına layiq görülüb (1967). Radiodakı “Хоruz baba” rolu ilə tanınıb (1950-1960). Xarici film istehsalçılarının “Ələddinin sehrli çırağı” (1966, rejissor Boris Rıçarev / Rusiya) filmində böyük vəzir rolunda çəkilib. Əməkdar artist (1956), Xalq artisti (1979) Hüseynağa Sadıqov 1983-cü ildə vəfat edib.

 

x