Hüseynağa Atakişiyev

rejissor, aktyor

Personal Info

  • Doğum tarixi: 08.09.1949
  • Vəfat tarixi: 09.04.2006

Biography

Hüseynağa Ağahüseyn oğlu Atakişiyev Bakıda anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1975). Bir müddət Şəki Dövlət Teatrında aktyor işləyib. Bir il sonra teatrda baş rejissor kimi fəaliyyət göstərməyə başlayıb. Bu teatrda ilk rejissor işi olan “Hacı Qara” tamaşası ona uğur gətirib. Həmçinin Vaqif Səmədoğlunun “Bəxt üzüyü” əsərini səhnəyə qoyan ilk rejissor olub. 1985-ci ildən Milli Dram Teatrında tamaşalara quruluş verib. 1989-cu ildə Gənclər Teatrını təsis edib və vəfatına qədər teatrın bədii rəhbəri və direktoru olub. 1995-ci ildә İstanbulda “Arşın mal alan” musiqili komediyasını tamaşaya qoyub. Rejissor kimi 157-dən çox tamaşaya quruluş verib, aktyor kimi 57-dən artıq rol oynayıb.

Əməkdar incəsənət xadimi (1982) Hüseynağa Atakişiyev 2006-cı ildə vəfat edib.

Aktyor, rejissor Hüseynağa Atakişiyev aktrisa Gülşad Baxşıyevanın, aktrisa Şahzadə Babayevanın və aktrisa Nəsibə Eldarovanın həyat yoldaşı olub.

 

 

 

x