Hüseyn Mehdiyev

rejissor

Personal Info

  • Doğum tarixi: 19.03.1945

Biography

Hüseyn Mahmud oğlu Mehdiyev Şəkidə anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alıb (1972-1977). 1977-ci ildən “Azərbaycanfilm” kinostudiyasında operator, 1986-ci ildən rejissor kimi çalışıb. “Azərkinovideo” İB-nin baş direktor müavini (1993-2001) vəzifəsində işləyib. 1999-cu ildən Azərbaycan Kinorejissorlar Gildiyası İdarə Heyətinin Sədri vəzifəsində çalışır. Filmləri beynəlxalq kino festivallarında iştirak edib. “Özgə vaxt” filmi I Beynəlxalq Madrid Kinofestivalında “Ən yaxşı rejissor işinə görə” nominasiyasının qalibi olub (1997). Əməkdar incəsənət xadimidir (2000).

Rejissor Hüseyn Mehdiyev operator Nadir Mehdiyevin atasıdır.

Rejissor Hüseyn Mehdiyev şair Tofiq Mahmudun qardaşıdır.

 

 

x