Hüseyn Arif

əsərindən istifafə olunub

Personal Info

  • Doğum tarixi: 15.06.1924
  • Vəfat tarixi: 14.09.1992

Biography

Hüseyn Arif (Hüseyn Hüseynzadə / Hüseyn Arıxov Camal oğlu) Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Bakı pedaqoji məktəbində (1937-1940), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1946-1951), Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında (1951-1952) təhsil alıb. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri (1957-1959), “Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967), “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləyib. Ədəbi fəaliyyətə İkinci dünya müharibəsi illərində başlayıb. Liberettosu əsasında “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında (1957), “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi M.Qorki adına Gənc Tamaşaçılar Teatrında (1974) tamaşaya qoyulub. “Dağ kəndi” poemasına görə “Qızıl Oraq” mükafatına layiq görülüb (1971). Əsərləri xarici dillərə tərcümə olunub, şeirlərinə musiqi bəstələnib. 1976-cı ildə oğlu Arif rəhmətə gedir, o gündən sonra Hüseyn Arif adını özünə təxəllüs götürür. Yaradıcılığının sonrakı dövrünün böyük bir qismini də məhz oğluna yazdığı şeirlər tutur. Xalq şairi (1989), Dövlət mükafati laureatı (1978) Hüseyn Arif 1992-ci ildə vəfat edib, doğulduğu kənddə dəfn olunub.

 

x