Hüseyn Əlili

aktyor

Personal Info

  • Doğum tarixi: 10.06.1982

Biography

Hüseyn Azad oğlu Əlili Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (2000-2004). 1994-cü ildən Uşaq Dövlət Filarmoniyasının “Fərəh” rəqs ansamblında məşğul olub. 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında balet artisti vəzifəsinə qəbul olunub. 2004-cü ildən Musiqili Teatrda artist-vokalist vəzifəsində çalışır.

Aktyor Hüseyn Əlili aktrisa Gültac Əlilinin həyat yoldaşıdır.

 

 

x