Hökümə Qurbanova

aktrisa

Personal Info

  • Doğum tarixi: 11.06.1913
  • Vəfat tarixi: 02.11.1988

Biography

Hökümə Abbasəli qızı Qurbanova (Hökümə Ələkbərova-Qurbanova) Bakıda ananadan olub. Bakı Pedoqoji Texnikumunda (1931), Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfində (1931-1932) təhsil alıb. Bakı Türk İşçi Teatrında çalışıb. 1932-ci ildə İşçi Teatrı Gəncə şəhərinə köçürülüb. Ələsgər Ələkbərovla toylarından sonra Gəncəyə yola düşüblər. 1939-cu ildə taleyini əbədi olaraq Dram Teatrına bağlayıb. Teatrda ilk illər “Ələkbərova” soyadıyla çıxış edib. Teatr tariximizdə onun kimi gözəl səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Səhnədə dəqiqələrlə mərmər abidə kimi “donub” qala bilirdi (məsələn, Şekspirin “Qış nağılı”nda Hermiona rolunda). Pauzaları baxış və hərəkətlərilə “doldururdu”. Dublyajın pioneri kimi o, 1937-ci ildə dublyaj olunmuş “Çapayev” bədii filmində Anka rolunu Azərbaycan dilində səsləndirib. Tacikistan istehsalı olan “Həbib-ilanları ram edən” (1972, rejissor Ənvər Turayev) filmində çəkilib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Əməkdar artist (1943), Xalq artisti (1960), SSRİ Xalq artisti (1965) Hökümə Qurbanova 1988-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Aktrisa Hökümə Qurbanova aktrisa Vəfa Fətullayevanın anasıdır.

Aktrisa Hökümə Qurbanova aktyor Ələsgər Ələkbərovun, rəssam Nüsrət Fətullayevin həyat yoldaşı olub.

 

x