Hikmət Ziya

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 13.05.1929
  • Vəfat tarixi: 02.08.1995

Biography

Hikmət Ziya (Hikmət Əfəndiyev Ziya oğlu) Şəkidə anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb (1947-1952). “Azərbaycan pioneri” qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1952-1969), “Göyərçin” jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri (1969-1984), məsul katib vəzifələrində çalışıb (1984). Ədəbi yaradıcılığa 1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı ilk şeiri ilə başlayıb. İlk satirik şeirləri, eyni zamanda “Atamın hədiyyəsi” (1957), “Bahar gözəldir, ya qış?” (1959), “Milçək ürəyi” (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunub. “Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulub. Librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnib. “Mozalan” satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, “Azərbaycan pioneri” və “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin üzvü olub. Qabaqcıl maarif xadimi (1978), Əməkdar incəsənət xadimi (1986) Hikmət Ziya 1995-ci ildə vəfat edib.

 

x