Hicran Nəsirova

aktrisa

Personal Info

  • Doğum tarixi: 11.03.1958

Biography

Hicran Fətəli qızı Nəsirova (Hicran Qəşəmova) Bakıda anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1979). Təyinatla Tədris Teatrında çalışmağa başlayıb. 1981-ci ildə Akademik Teatrda Vaqif İbrahimoğlunun quruluşunda Anarın “Səhra yuxuları” psixoloji dramında Leyla rolunu ifa edib. 1986-cı ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür. Xarici film istehsalçılarının “Absurdistan” (2008, rejissor Veit Helmer / Almaniya) filmində bərbərin arvadı rolunda çəkilib. Əməkdar artistdir (2000).

 

x