Hafiz İmamnəzərli

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 22.04.1966

Biography

Hafiz İmamnəzərli (Hafiz Eynullayev Minəxan oğlu / Hafiz Nəzərli) Yardımlıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında direktorun köməkçisi (1991-1992), AzTV-nin “Gənclik” baş redaksiyasında və “Azərbaycantelefilm” Yaradıcılıq birliyində redaktor (1993-1994), Dolab-İnterkinovideo şirkətində baş direktor (1994-1996), AzTV-nin “Xəbərlər” xidmətində (1996), Sumqayıt Dövlət Dram Teatrında ədəbi hissə müdiri (1997-1998), Dünya TV-də baş redaktor (2000-2001), Lider TV-də redaktor (2001-2004), İctimai TV-də redaktor (2005-2006), Space TV-də redaktor (2006-2007), AzTV-də baş redaktor müavini (2008-2018) olaraq çalışıb.

 

x