Hafiz Əkbərov

rejissor

Personal Info

  • Doğum tarixi: 01.11.1941

Biography

Hafiz İbrahim oğlu Əkbərov Saatlı rayonunun Xanlarkənd kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1962-1968). Moskvada “Soyuzmultfilm” kinostudiyasında təkmilləşmə kursu keçib (1972). Əmək fəaliyyətinə Badamdar qəsəbəsindəki Mədəniyyət Evinin bədii rəhbəri kimi başlayıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti, multiplikasiya filmləri rejissoru vəzifəsində çalışıb (1968-1993). Multiplikasiya Birliyinin bədii rəhbəri olub (1979-1982). “Azərbaycanfilm” kinostudiyasının nəzdində “Azərbaycan” kooperativi yaradıb və bir neçə reklam və sənədli filmlər çəkib (1989-1991).

 

x