Hacımurad Yagizarov

aktyor

Personal Info

  • Doğum tarixi: 18.08.1939

Biography

Hacımurad Hacıəhməd oğlu Yagizarov (Hacı Murad Yagizarov / Hacı Murad / Murad Yagizarov) Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb (1958-1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir.

Xarici film istehsalçılarının “Spiral” (1990, rejissor Qiuli Çoxonelidze / Gürcüstan) serialında, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında nazir müavini rolunda, “İberiyadan Antimoz” (2011, rejissor Qiuli Çoxonelidze / Gürcüstan) filmində baş vəzir rolunda, “Məkkə” (rejissor Elmar İmanov / Almaniya) filmində, “Nürnberq prosesi” (Almaniya) filmində, “Şpeyer və o” (Almaniya) filmində sovet polkovniki rolunda, “Şübhə altında” (Almaniya) filmində Azərbaycan naziri rolunda çəkilib.

Əməkdar artisti (1974), Xalq artisti (1982), “Humay”, “Qızıl Dərviş” və Dövlət mükafatı (1986) laureatıdır. “Şərəf” (2009) və “Şərəf” (2019) ordenlərinə layq görülüb.

 

x