Hacıməmməd Qafqazlı

aktyor

Personal Info

  • Doğum tarixi: 22.03.1898
  • Vəfat tarixi: 21.09.1982

Biography

Hacıməmməd Ələkbər oğlu Qafqazlı (Hacıməmməd Quliyev) Lənkəranda anadan olub. 1902-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə mollaxanada oxuyub, 9 yaşından isə 7-ci rus-müsəlman məktəbində təhsilini davam etdirib. Teatr Texnikumunda təhsil alıb. 14 yaşında Orucov qardaşlarının mətbəəsində mürəttib kimi əmək fəaliyyətinə başlayıb. 1920-ci ildə Maştağada ilk fəhlə-kəndli klubu yaradıb və klubun nəzdində dram dərnəyi təşkil edib. Burada Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyaraq rejissor kimi fəaliyyət göstərib. İstedadını görən Abbas Mirzə Şərifzadə təkidlə onu Milli Dram Teatrına dəvət edib. Dəvəti qəbul edən aktyor o vaxtdan ömrünün sonuna qədər bu teatrda çalışıb. Teatrda ilk rolu “Uçurum” (Hüseyn Cavid) pyesində olub. 1930-cu illərdə Daşkənd Teatrının inkişafında əməyi olub. Özbəklər Hacıməmmədi Qafqazdan gəldiyi üçün “Qafqazlı” olaraq çağırmağa başlayıblar. Xarici film istehsalçılarının “Tehran-43” (1980, rejissorlar Aleksandr Alov, Vladimir Naumov / Rusiya, Fransa, İsveçrə) filmində çəkilib. Əməkdar artist (1943) Hacıməmməd Qafqazlı 1982-ci ildə vəfat edib.

 

x