Hacı İsmayılov

aktyor

Personal Info

  • Doğum tarixi: 22.01.1944

Biography

Hacı Məcid oğlu İsmayılov Bakıda anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1963-1967).

Tələbə ikən Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Teatrının açılışında “Sevil” tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1967-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun səhnə danışığı kafedrasında çalışmağa başlayıb. Sumqayıt Dövlət Dram Teatrında çalışıb (1968-1969). 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrının aktyorudur.

Xarici film istehsalçılarının çəkdiyi “Qızıl buzovların valsı” (1992, rejissorlar Murad İbrahimbəyov, Rüstəm İbrahimbəyov / Rusiya, gülsatan rolunda), “Qasid göndərməlimi?” (1998, rejissor Valeri Çikov / Rusiya), “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya), “The bra” (2018, rejissor Veit Helmer / Almaniya) filmlərində çəkilib.

“Ad günü” filmindəki Mustafa roluna görə Dövlət mükafatına layiq görülüb (1980). Əməkdar artist (1989), Xalq artistidir (2000). “Şöhrət” ordeni ilə təltif olunub (2019).

2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinidir.

 

 

 

x